Azərbaycanda polisi şantaj edənlər “iş başında” tutuldular

13-03-2017, 15:51           
Azərbaycanda polisi şantaj edənlər “iş başında” tutuldular
Martın 10-da Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşı, polis baş serjantı Cavad Həsənov Şöbənin rəhbərliyinə raportla müraciət edərək bir qrup rayon sakininin guya barəsində olan rüsvayedici videogörüntüləri sosial şəbəkədə yayacaqları ilə hədələyib ondan 3.000 manat pul tələb etdiyini bildirib.

Modern.az saytı Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Biləsuvar RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə rayon sakinləri - əvvəllər məhkum olunmuş Ələddin İsmayılov, Çingiz və Yusif Kazımovlar rayon ərazisindəki kafelərdən birində 1000 manat məbləğində pulu polis əməkdaşından alarkən tutulublar.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb. Araşdırma aparılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.