Əmisi qızını zorlayan azərbaycanlı Rusiyada tutuldu

13-03-2017, 16:01           
Əmisi qızını zorlayan azərbaycanlı Rusiyada tutuldu
Azərbaycanda zorlama əməlinə görə axtarışda olan E. Siyahbərzadə Rusiyada saxlanılıb.

Virtualaz.org Rusiya mətbuatına istinadən xəbər verir ki, 2012-ci ildə əmisi qızını zorlayan 25 yaşlı Yevlax sakini hüquq-mühafizə orqanlarından 5 il gizlənə bilsə də, Saratovda tutulub.

Saratov Prokurorluğundan verilən məlumata görə, o, hazırda öz ölkəsinə ekstradiya olunur.

Mənbə bildirir ki, Azərbaycanda axtarışda olan bu şəxsin təcavüz etdiyi qızın 14 yaşı tamam olmayıb. Onunla bağlı Azərbaycan Cinayət Məcəlləsinin 152.2-ci maddəsilə cinayət işi açılıb.

Saxlanılan şəxs Rusiya Penitensiar Xidməti vasitəsilə Azərbaycana ötürülmək üçün Dağıstana yola salınıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru