Rusiyada spirtli içkidən 4 nəfər ölüb

14-03-2017, 08:24           
Rusiyada spirtli içkidən 4 nəfər ölüb
Rusiyada ölümlə nəticələnən zəhərlənmə faktı qeydə alınıb.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, Rusiyanın Kamçatka diyarında spirtli içkidən zəhərlənən 4 nəfər ölüb, daha 5-i ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Məlumata əsasən, “İzumrud” balıqçı gəmisinin ekipaj üzvləri tərkibində metil spirti olan içkidən zəhərləniblər.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru