Hacıqabulda dərmandan zəhərlənmə olub. teref.az-nun APA-ya istinadən verdiyi məlumata görə, Hacıqabul rayon sakini, 1999-cu il təvəllüdlü Bədəlova Şəbnəm Bədəl qızı dərman zəhərlənməsi əlaməti ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir. İlkin məlumata əsasən, Ş.Bədəlova çox sayda nevroloji dərman qəbul edib.