19 yaşlı oğlan özünü 12-ci mərtəbədən atdı

15-03-2017, 06:54           
19 yaşlı oğlan özünü 12-ci mərtəbədən atdı
Bakıda dəhşətli intihar hadisəsi baş verib. Yeni Yasamal qəsəbəsi, Fuad İbrahimbəyli küçəsində yaşayan 1998-ci il təvəllüdlü Səmədov Şahmar Canəli oğlu özünü binanın 12-ci mərtəbəsindən atıb. O, aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.

Bildirilir ki, 19 yaşlı Şahmar Yeni Yasamalda anası ilə birgə yaşayırmış. Onlar Hövsan qəsəbəsində qeydiyyatdadır.

Gənc oğlanın hansı səbəbdən həyatına son qoyması hələlik məlum deyil. Faktla bağlı Yasamal rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

(lent.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru