Bakıda sanatoriyaya quldur BASQINI: Mühafizəçini bıçaqladılar

15-03-2017, 10:47           

Bilgəh Kardoloji Sanatoriyasından oğurluq etməyə cəhd göstərən şəxs sanatoriyanın mühafizəçisini bıçaqlayıb.

teref.az "Report"a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib.

Belə ki, Bilgəh Kardoloji Sanatoriyasında mühafizəçi işləyən 1989-cu il təvəllüdlü Həmidzadə Şəhriyar Paşa oğlu içəriyə oğurluq etmək məqsədilə daxil olmaq istəyən şəxsi zərərsizləşdirmək istəyib. Bu zaman həmin şəxslə mühafizəçi əlbəyaxa olublar. Həmin şəxs Ş.Həmidzadənin baş və bədən nahiyyəsinə ümümilikdə 3 bıçaq zərbəsi vurub. Mühafizəçi ağır yaralanaraq xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirir.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru