NATO-dan Türkiyə və Avstriyaya çağırış

16-03-2017, 08:56           
NATO-dan Türkiyə və Avstriyaya çağırış
Almaniyanın “Die Welt” qəzeti Türkiyənin Avstriya ilə yaşadığı böhranın NATO üzvü olan ölkələr arasındakı əməkdaşlığı maneçilik törətdiyini və bunun İttifaq içində “ciddi bir problem” olaraq görüldüyünü bildirib. Qəzetin yazdığına görə, siyasi böhran NATO-ya təsirsiz ötüşməyib və ortaq təhsil proqramları əngəllənib. “Mövcud vəziyyətdən və bunun tərəfdaşlarla əməkdaşlıq proqramlarımıza təsirindən üzüntü içindəyik” deyən NATO nümayəndəsi problemin həllində “konstruktiv dialoqu” dəstəklədiklərini ifadə edib.
Türkiyə ilə Avstriya arasındakı siyasi böhran keçən yaz Vyananın Türkiyənin Avropa Birliyi üzvlüyünə qarşı olduğunu açıqlamasıyla başlamışdı. Böhranın 28 NATO üzvü ilə Avropa, Afrika və Asiyadakı 40 ortaq ölkənin qatıldığı Sülh Tərəfdaşlıq proqramına (PFP) da təsir etdiyi bildirilir.
NATO qaynaqları “Türklərin (ortaqlıq) proqramıyla bir problemi yoxdur. Avstriya ilə bir problemləri olduğunu və bunun bir qanun və xarici siyasət məsələsi olduğunu açıqca söylədilər” deyib.

azadliq.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.