DTX-dan növbəti uğurlu əməliyyat -saxlanılanlar var

17-03-2017, 22:54           

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsinin mətbuat xidmətindən verilən məlumata görə, həyata keçirilmiş tədbirlər nəticəsində qaçaqmalçılıq yolu ilə gizli şəkildə ölkəyə gətirilmiş külli miqdarda psixotrop maddə olan MDMA həblərinin (ekstazi) qanunsuz yayılmasının qarşısı alınıb.

Belə psixotrop maddələri qaçaq yolla ölkəyə gətirib qanunsuz olaraq gənclərin toplaşdıqları müxtəlif məkanlarda müntəzəm yayılmasını təşkil etməkdə şübhəli bilinən Məmmədov Ələkbər Zakir oğlu və Mustafayev Şəmistan Əli oğlu saxlanılıblar.

Araşdırma zamanı külli miqdarda psixotrop maddə olan MDMA həbləri, habelə külli miqdarda güclü təsiredici “Preqabalin” maddələri aşkar edilərək götürülüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru