“Baron” həbs olundu...

18-03-2017, 08:36           

Hacıqabulda "Baron" ləqəbi ilə tanınan narkotik alverçisi saxlanılıb.

teref.az XezerXeber.az-a istinadən xəbər verir ki, Rayon polis şöbəsi tərəfindən rayon sakini, 57 yaşlı İbrahim Abasov narkotik maddələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün tutulub. Rayon polis şöbəsinin keçirdiyi əməliyyat-axtarış tədbirləri çərçivəsində onun üzərinə baxış keçirilən zaman 2 ədəd kibrit qutusuna qablaşdırılan 3 və 4 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Keçirilən tədbirin davamı olaraq onun yaşadığı evin zirzəmisinə baxış zamanı oradan bir kiloqramdan çox narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Hacıqabul polis şöbəsində araşdırma aparılır.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru