Almanlar Dini Komitəni məhkəməyə verdi - Pula görə

25-03-2017, 15:44           
Almanlar Dini Komitəni məhkəməyə verdi - Pula görə
Bakı şəhəri “Yevangelist-lüteran Dini İcması” Dini Qurumlarla İş üzrə Dövlət Komitəsini məhkəməyə verib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, dini icma komitədən onlara maddi yardım verilməsini tələb edib. 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsində baxılan işdə icmanın iddiası rədd edilib.

Qərardan apellyasiya şikayəti verilib. İş Bakı Apellyasiya Məhkəməsinin hakimi Cahangir Yusifovun icraatına verilib. Proses martın 30-da davam etdiriləcək.

Qeyd edək ki, “Yevangelist-lüteran Dini İcması” 1994-cü il noyabrın 2-də Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb. İcmanın üzvləri əsasən alman əsilli vətəndaşlardır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru