İmişlidə belində quyruğu və iki ürgəci olan buzov doğulub - FOTO

27-03-2017, 08:01           
İmişlidə belində quyruğu və iki ürgəci olan buzov doğulub - FOTO
İmişli rayonunda qeyri-adi heyvan dünyaya gəlib.
“Report”un Aran bürosu xəbər verir ki, rayonun Kürdmahmudlu kənd sakini Hacı Hüseynovun təsərrüfatında belində quyruğu olan buzov doğulub. Bir neçə gün əvvəl doğulmuş heyvanın belindəki quyruğu təxminən 20 santimetr uzunluğundadır.
Bununla yanaşı, buzovun belində dəvədə olduğu kimi iki ürgəci də var.
Heyvanın belində quyruğunun və iki ürgəcinin olması onu görənlərin marağına səbəb olub.
Qeyd edək ki, bu, H.Hüseynovun təsərrüfatında qeydə alınan ikinci qeyri-adi hadisədir. Bir müddət əvvəl onun təsərrüfatında üçbuynuzlu keçi doğulmuşdu.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru