Terrorçunun qızı atasına qarşı çıxdı

27-03-2017, 08:50           
Terrorçunun qızı atasına qarşı çıxdı
Martın 22-də Londonda terror aktı törədən Xalid Məsudun 18 yaşlı qızının şəkli KİV-də yayılıb.

teref.az Qafqazinfo-ya istinadən verdiyi məlumata görə, gənc qızın adı Tiqan Harveydir.

Daha sonra müsəlman olan terrorçunun əsl adı isə Endryu Rasseldir.

Qərb mətbatı T.Harveyin Avropanın həyat tərzinə uyğun yaşadığını, atasının istəklərinə qarşı çıxdığını, bacısı Endinin isə atası ilə eyni görüşlərə sahib olduğunu yazıb.

KİV-in məlumatına görə, X.Məsud qızlarının anası Jane Harveylə 1991-ci ildə tanış olaraq onun təbiət qoynunda yerləşən milyon dollarlıq evinə köçüb. O, 2002-ci ildə J.Harveylə ayrıldıqdan sonra bir nəfəri bıçaqlayaraq həbsə düşüb.

Xatırladaq ki, Londondakı terakt nəticəsində 4 nəfər ölüb, 50-dən çox insan xəsarət alıb. İngilis polisinin son açıqlamasına görə, Məsud Xalidin həyata keçirdiyi hücum 84 saniyə ərzində davam edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru