Bank şəhidin kredit borcunu sildi

27-03-2017, 16:09           

Daha bir şəhidin banka olan kredit borcu silinib.

Femida.az xəbər verir ki, baş leytenant Şahlar Nəzərovun adına olan kredit borcu Kapital Bank tərəfindən silinib. Bu barədə məlumatı şəhidin yaxınları verib.

Xəbəri Bankın Mətbuat Katibi Pərviz Sədrəddinov da təsdiq edib. Onun sözlərinə görə, bununla bağlı şəhidin yaxınlarına bayram öncəsi xəbər verilib. Şəhid baş leytenant Şahlar Nəzərovun adına olan 3184 AZN məbləğində olan kredit borcu silinib.

Xatırladaq ki, baş leytenant Şahlar Nəzərov bu ilin fevralın 25-də düşmən hücumunun qarşısını alarkən şəhid olub. Fevralın 27-də nəşi neytral ərazindən götürülüb. Fevralın 28-i doğulduğu Yardımlı rayonunun Peştəsər kəndində dəfn olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru