Əfqanıstanda 36 silahlı məhv edilib

28-03-2017, 08:22           

Son sutka ərzində Əfqanıstan ordusunun həyata keçirdiyi antiterror əməliyyatı nəticəsində 36 silahlı məhv edilib.

APA-nın “Sinxua” agentliyinə istinadən verdiyi xəbərə görə, əməliyyat ölkənin Nanqarxar əyalətində keçirilib.

Məlumata görə, hava dəstəyi ilə keçirilən əməliyyat nəticəsində İŞİD terror qruplaşmasının dayaq məntəqələri məhv edilib. Əfqanıstan ordusunun itkiləri barədə məlumat verilmir.

Qeyd edək ki, son bir neçə ay ərzində Əfqanıstanda vəziyyət gərginləşib. "Taliban" və İŞİD silahlılarının fəallığı daha da artıb. Məlumata görə, ölkənin bir çox əyalətlərində “Taliban” hərəkatının səhra komandirləri və sıravi döyüşçüləri "sədaqət andı" içərək İŞİD-lə birləşir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru