4 uşaq atası özünü asdı

28-03-2017, 09:03           
4 uşaq atası özünü asdı
Balakən sakini intihar edib.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, hadisə bu gün axşam saat 20:30 radələrində rayon Katex kəndində qeydə alınıb.

Kənd sakini, 65 yaşlı Müsafir Rəhimovun meyiti yaxınları tərəfindən yaşadığı evin həyətyanı sahəsində olan köhnə tikilidə, tavanından asılı vəziyyətdə aşkar edilib.

İlkin aparılan araşdırma zamanı dörd övlad atası olan Müsafir Rəhimovun hələ ki, istintaqa məlum olmayan səbəbdən intihar etməsi məlum olub.

Faktla bağlı Balakən rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.(apa)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru