“Vasitəçilərdən nifrət edirəm, Putin mənim qardaşımdır” –Lukaşenkodan gözlənilməz jest

29-03-2017, 01:27           

"Putin mənim qardaşımdır".

Bu sözləri Belarus Prezidenti Aleksandr Lukaşenko Ermənistanın ölkəsindəki səfiri Armen Xaçataryanla görüşü zamanı deyib.

Dövlət başçısı əlavə edib ki, ən qısa zamanda vasitəçi olmadan rusiyalı həmkarı ilə görüşəcək:

“Vasitəçilərdən nifrət edirəm. Çünki prezidentliyim dövründə onlar həmişə ölkəmizin ətrafında dolanıb. Biz qardaşıq. (Rusiya tərəfi nəzərdə tutulur) Böləcək heç bir şeyimiz yoxdur. Bir dəfə Putinə belə dedim: Bəlkə də çiyin-çiyinə verib, düşmənə qarşı birlikdə döyüşəcəyimiz vaxtlar da gələcək”.

Qeyd edək ki, ötən ildən bəri Belarusla Rusiya arasında yaşanan energetika sahəsi ilə bağlı anlaşılmazlıq hələ də davam edir/Axar.az.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru