Paytaxtda DİN əməkdaşı güllələndi

29-03-2017, 14:29           
Paytaxtda DİN əməkdaşı güllələndi
O həm də qarət olunub

Moskva polisi Rusiya Daxili İşlər Nazirliyinin güllələnən əməkdaşı qatilini axtarır. İstiPress “RİA”ya istinadən xəbər verir ki, bunu nazirliyin nümayəndəsi İrina Volk deyib.

Bu gün səhər Moskvanın Osennoy küçəsində yaşayış binasının qarşısında naməlum şəxs bir kişini qarət edib, daha sonra onu öldürərək hadisə yerindən qaçıb. Sonradan onun Daxili İşlər Nazirliyinin təmir-tikinti idarəsinin əməkdaşı olduğu müəyyən edilib. Paytaxt polisi cinayət işi açıb və qanunsuz silah gəzdirən şəxsi axtarır.

Volkun sözlərinə görə, DİN əməkdaşına maşın dayanacağında hücum olunub, çantası götürülüb və sinə nahiyəsinə müəyyən edilməyən silahdan atəş açılıb. O, aldığı yaradan yerindəcə keçinib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru