Mosulda İŞİD-in “səhiyyə naziri” zərərsizləşdirilib

29-03-2017, 22:56           
Mosulda İŞİD-in “səhiyyə naziri” zərərsizləşdirilib
Mosulda döyüşlər zamanı İraq təhlükəsizlik qüvvələri İŞİD terrorçu qruplaşmasının “səhiyyə naziri” Saydulla Abu Şuaybı zərərsizləşdirib.
“Report”un “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə bu gün İraq federal polisinin komandanı Raed Şaker məlumat verib.
Onun sözlərinə görə, terrorçuların “səhiyyə naziri” və onu müşayiət edən şəxslər Mosulun “köhnə məhəllə”sində yerləşən respublika xəstəxanası yaxınlığında “nazir”in şəxsi avtomobilində məhv edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru