Jam.az saytının baş redaktorunun məhkəməsi davam etdirilir

30-03-2017, 06:15           
Jam.az saytının baş redaktorunun məhkəməsi davam etdirilir
Martın Martın 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar Mikayilovun sədrliyi ilə jam.az saytının baş redaktoru Fikrət Fərəməzoğlunun məhkəməsi davam etdirilib.
Fikrət Fərəməzoğlu 2016-cı il iyunun 30-da saxlanılıb. Ona Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə rüşvət tələb etmə) maddəsinin müxtəlif bəndləri ilə ittiham irəli sürülüb.
Fikrət Fərəməzoğlu 10 il öncə – “24 saat” qəzetinin baş redaktoru olarkən, şərəf və ləyaqətinin qorunmasıyla bağlı daxili işlər nazirinin iddiası üzrə də cinayət məsuliyyətinə cəlb edilib. O vaxt məhkəmə jurnalistə 1 il şərti həbs cəzası verib.
Vəkil Elchin Sadıqov məhkəmədə çoxsaylı vəsatətlərlə çıxış edib.
Sadıqov bir neçə şəxsin, o cümlədən sayt rəhbərlərinin əlavə şahid qismində məhkəmədə dindirilməsi, Fikrət Fəraməzoğluna məxsus mobil telefonun 01 yanvar – 01 iyul 2016-ci il tarixləri üzrə lokalizasiyasının Azercell telekom MMC-dən alınaraq məhkəmiyə təqdim edilməsi, Fərəməzoğlunun imza nümunələrini alaraq ekspertə təqdim edilməsi, cinayət işinin 1-ci cildinin ekspertizasının keçirilməsi barədə vəsatələr qaldırıb.
Bu gün keçrilən təkrar Məhkəmə zamanı müdafiyəçi Elçhin Sadıqovun Cinayət işində istintaq vaxtı
çəkilən imzalarin saxta olmasi və ekspertizyaya göndərilməsi haqqıda vəsadəti təmin edilib. Məhkəmə qeyri müəyyən vaxta təxirə salınıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.