ABŞ Administrasiyası Konqresi Bəhreynə 19 ədəd "F-16" qırıcı təyyarəsi satmaq niyyətində olduğu barədə məlumatlandırıb. "Report" xəbər verir ki, bu barədə Kapitoliya təpəsindəki mənbələrə istinadən "Reuters" məlumat yayıb. Bildirilir ki, sazişə, həmçinin 23 mühərrik və digər avadanlıqlar daxil ediləcək.