Rusiya ağır silahları geri çəkməyib - NATO

31-03-2017, 07:13           

Bu gün keçirilən Rusiya-NATO toplantısı səmimi və konstruktiv keçdi.

Axar.az xəbər verir ki, bu sözləri NATO Baş katibi Yens Stoltenberq deyib.

O, Ukrayna mövzusunda NATO müttəfiqləri ilə Rusiya arasında fərqli baxışların hələ də qaldığını bildirib:

“Bu, ilin birinci NATO-Rusiya toplantısı idi. Ukraynada təhlükəsizliklə bağlı durum narahatlıq yaradan əsas məsələlərdən biri idi. Şərqi Ukraynada atəşkəsin pozulması halları adi xarakter almağa başlayıb. Ağır silahlar geri çəkilməyib. ATƏT-in müşahidə missiyası qadağan edilən silahların istifadə edildiyini vurğulayır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru