Məmur arvadı özünü niyə öldürdü? - Bir neçə dəfə intihara cəhd edib...

31-03-2017, 08:43           
Məmur arvadı özünü niyə öldürdü? - Bir neçə dəfə intihara cəhd edib...
Qəbələ rayon icra hakimiyyəti başçısının müavini Arif Allahverdiyevin həyat yoldaşının intiharının bəzi təfərrüatları məlum olub.

BakiPost.az xəbər verir ki, intiharın dəqiq səbəbləri hələ tam aydın olmasa da, mərhum Natavan Allahverdiyevanın indiyə qədər bir neçə dəfə intihara cəhd etməsi müəyyənləşib. Bunun səbəblərinə gəlincə ilkin ehtimal kimi həmin şəxsin psixoloji probleminin olduğu irəli sürülsə də, bu, təsdiqini tapmır. Faciə baş verən ailəyə yaxın adamların sözlərinə görə, N.Allahverdiyevada psixoloji problem, hər-hansı xəstəlik olmayıb.

Qeyd edək ki, Qəbələ rayon icra hakimiyyəti başçısının müavini Arif Allahverdiyevin həyat yoldaşı 1973-cü il təvəllüdlü Allahverdiyeva Natavan Elman qızı intihar edib.

Qadın özünü Nohurqışlaq kəndində yaşadıqları evin tualetində asıb.

Faktla bağlı Qəbələ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru