Daha bir ana ölümü - Bu dəfə Qubada

2-04-2017, 11:54           
Daha bir ana ölümü - Bu dəfə Qubada
Bu gün səhər Qubada ana ölümü olub.

Seyidəliyeva Sevinc Oruc qızı qeysəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirib.

Bu, onun beşinci hamiləliyi olub və doğuş normal keçib. Əməliyyatdan sonra S. Seyidəliyevayanın damarına riopoliqulikin adlı preparat vurulub. Xəstə buna sərt reaksiya verib, şoka düşüb. Həkimlərin səyinə baxmayaraq, S. Seyidəliyeva həyatını itirib.

Quba Regional Perinatal Mərkəzinin direktoru Şəhla Həsənova APA-nın yerli bürosuna bildirib ki, doğum zamanı heç bir həkim səhvi olmayıb, bütün prosedur qaydalara əməl olunub: “Sadəcə, xəstə damarına vurulan dərmana sərt reaksiya verib”.

Qeyd edək ki, uşaq sağdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.