Yevlaxda ağır yol qəzası: 6 ölü - Foto

12-05-2017, 22:28           

Yevlax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Report-un Qərb bürosunun verdiyi məlumata görə, hadisə Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Tanrıqulular kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, VAZ-21015 və VAZ-2107 markalı avtomobillərin toqquşması nəticəsində 5 nəfər hadisə yerində, 1 nəfər isə xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.