Sumqayıtda polis rəisinin otağında dava düşüb

12-06-2017, 16:17           

Azərbaycanda dələduzluqda təqsirləndirilən şəxslə zərərçəkən arasında əlbəyaxa dava düşüb.

Yenicag.az xəbər verir ki, hadisə Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq şöbəsinin rəisi polis polkovnik-leytenantı Füzuli Əhmədovun xidməti otağında baş verib.

Belə ki, dələduzluqda təqsirləndirilərək barəsində cinayət işi başlanılmış Məharət Əliyevlə zərəçəkmiş Almara Qəşədərova arasında əlbəyaxa dava olub. Hadisə nəticəsində hər iki şəxs bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır. (Report)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru