Müxalifət lideri saxlanıldı

12-06-2017, 17:29           

Rusiyalı müxalifət lideri Alexsey Navalni Moskvada saxlanılıb.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, bu gün vətəndaşları korrupsiya əleyhinə mitinqə səsləyən müxalifət lideri polis tərəfindən saxlanılıb. Hadisə barədə Navalninin həyat yoldaşı sosial şəbəkə hesabında yazıb. İnsanları Tverskaya küçəsinə yığışaraq etiraz etməyə çağıran lider, həmçinin baş nazir Dmitri Medvedevi korrupsiya ilə təqsirləndirən hesabat hazırlayıb.

Qeyd edək ki, müxalifət lideri daha əvvəl də siyasi fəaliyyətinə görə həbs edilmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru