Əsgərlər dinc sakinlərə atəş açdı - İki ölkə arasında gərginlik

13-06-2017, 08:28           
Əsgərlər dinc sakinlərə atəş açdı - İki ölkə arasında gərginlik
Hindistan və Pakirtan sərhədində gərginlik baş verib.

Musavat.com-un məlumatına görə, Kəşmir nəzarət xəttində hindistanlı əsgərlərin açdığı atəş nəticəsində 2 mülki şəxs həyatını itirib, 3 sakin isə yaralanıb. Bu barədə Pakistan Ordusunun sözçüsü məlumat verib. Açıqlamada Pakistan tərəfinin atəşə cavab verdiyi də qeyd edilib.



Hadisədən sonra Hindistanın İslamabaddakı səfiri Qautam Bambavale Pakistan Xarici İşlər Nazirliyinə çağırılıb və mülki şəxslərin ölümü ilə bağlı səfirə etiraz notası verilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru