Sumqayıtda yaşayış binasında yanğın olub. APA-nın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, yaşayış binasına bitişik tikilmiş mağazanın xarici divarına quraşdırılmış elektrik lövhəsində 6 ədəd sayğac və 60 p.m elektrik kabeli yanıb. Mağaza yanğından mühafizə olunub. Yanğın saat 22:44-də yanğınsöndürənlər tərəfindən söndürülüb.