Bakının Binəqədi rayonunda bədbəxt hadisə baş verib. "Report" xəbər verir ki, Biləcəri qəsəbəsində küçədə oynayan 2014-cü il təvəllüdlü Mirzəliyeva Selcan Pünhan qızının üzərinə hasardan daş parçası düşüb. Nəticədə o, onurğa sütunundan xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Uşağın vəziyyəti orta-ağırdır.