Üç uşaq anası ərinin Rusiyada evləndiyi qadını "Skype"da gördüyü üçün intihar edibmiş

10-07-2015, 11:50           
Üç uşaq anası ərinin Rusiyada evləndiyi qadını "Skype"da gördüyü üçün intihar edibmiş
Şəkidə 3 uşaq anasının niyə intihar etdiyi məlum olub.

Şəki rayon prokurorluğundan verilən məlumata görə, Böyük Dəhnə kənd sakini 1966-cı il təvəllüdlü Gülnar Mircavad qızı Hacıyeva 8 iyun axşam saat 20 radələrində sirkə tutşusu içərək intihara cəhd edib.

Hadisədən xəbər tutan ailə üzvlərinin köməyi ilə o ağır vəziyyətdə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanada bir gün ağır vəziyyətdə qalan üç uşaq anası G.Hacıyeva elə həmin xəsrəxanada keçinib.

Kənd sakini Siyavuş Məmmədəliyevin verdiyi məlumata görə, hadisə qısqanclıq səbəbindən baş verib. Belə ki, intihar edən G.Hacıyeva uzun müddətdir Rusiya Federasiyasında yaşayan həyat yoldaşı ilə Skayp vasitəsi ilə danışarkən kamerada ərinin Moskvadakı həyat yoldaşını, onun uşaqlarını və öz böyük oğlunu görüb.

Bundan qəzəblənən xanım sirkə tutşusu içib və canına qəsd edib. Faktla bağlı Şəki Rayon Prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Qeyd edək ki,özünü öldürə xanım Böyük Dəhnə kəndindəki uşaq bağçasında texniki işçi olub.(ANSPRESS)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.