Bakıda maşın Tibb Universitetinin hasarına çırpılıb, qadın sərnişin pəncərədən bayıra çıxıb

22-06-2017, 10:50           
Bakıda maşın Tibb Universitetinin hasarına çırpılıb, qadın sərnişin pəncərədən bayıra çıxıb
Bakının Nəsimi rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report" xəbər verir ki, Mərdanov Qardaşları küçəsi ilə hərəkətdə olan "90-TF-087" dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobil yüksək sürətlə gələrək Tibb Universitetinin dəmir darvazasına çırpılıb.
Buna baxmayaraq maşın hərəkəti davam etdirib. Avtomobil, ön sol təkər dayağının qırılması və sürücünün qəfil əyləci basması nəticəsində manevr edərək dayanıb. Bu zaman maşında olan sərnişin, 1991-ci il təvəllüdlü Baxşəliyeva Günel Oqtay qızı maşının ön sağ şüşəsindan bayıra çıxaraq yerə düşüb.
O, xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşları cəlb olunub. Sürücünün izahatı alınıb. Avtomobil cərimə meydançasına aparılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru