Masazır sakinləri Elman Rüstəmova müraciət etdilər MƏTN
17-07-2015, 12:36
Abşeron rayonu Masazır kəndinin bir qrup sakini GUNDEMİNFO.AZ-a ünvanladıqları məktublarında Mərkəzi Bankın İdarə Heyyətinin sədrinə müraciət ediblər. Sakinlər son illərdə xeyli böyüyən və inkişaf edən Masazırda bank filallarının və valyutadəyişmə məntəqələrinin olmamasından narazıdırlar. Masazır sakinləri yazırlar ki, hazırda qəsəbədə xeyli yeni yaşayış massivləri, binalar, həyət evləri inşa olunur. Yeni yollar çəkilir, kommunikasiya xətləri çəkilir. Qəsəbədə yeni səhiyyə və təhsil müəssisələri inşa olunur. Lakin Masazırda heç bir bankın filalı və valyutadəyişmə məntəqəsi yoxdur. Sakinlərin müracəitini təqdim edirik:
- Hazırda Masazır kəndi paytaxtın Novxanı kəndi ilə birləşən əsas magistral yolun üstündədir. İstarəhət mövsümü olduğundan bu kənddən keçənlərin sayı bir neçə dəfə artıb. Qəsəbə ərazisindən keçən, qəsəbə yaşayan insanlar xarici valyuta almaq və ya satmaq üçün yer tapa bilmirlər. Həmçinin də büdcə təşkilatlarında işləyənlər, təqaüd alan yaşlı insanlar bankomatlar tapa bilmirlər. Ona görə də insanlar əlavə yol xərci çəkərək paytaxtın mərkəzinə getmək məcburiyyətində qalır. Hörmətli Elman Rüstəmov. Sizdən Masazır kəndinin sakinləri adından müraciət edərək qarşılaşdığımız bu problemin həllində müdaxilə etmənizi xahiş edirik. Ümid edirik ki, bizim sizə etdiyimiz bu müraciəti ölkədə fəaliyyət göstərən bank rəhbərləri də görəcək. Və qarşılaşdığımız bu problemin həllində bizə yardım edəcəklər.