Bakıda polislə sürücü arasında əlbəyaxa dava - Prospekt bağlandı (Fotolar)

18-07-2015, 23:13           

Bakıda sürücüylə yol polisi arasında əlbəyaxa dava düşüb.


AzNews.az xəbər verir ki, bu gün axşam saatlarında Babək prospektində yol polisi əməkdaşkarıyla sürücü arasında insident baş verib. 99 SG 640 nömrə nişanlı "Mercedess" markalı avtomobili idarə edən şəxs sənədlərini yol polisinə təqdim etməkdən imtina edib.Bu da tərəflər arasında mübahisəyə səbəb olub. Bir az sonra mübahisə əlbəyaxa davaya çevirilib.

Bundan sonra hadisə yerinə Post Patrul Xidməti çağırılıb. Onların sürücünü polis bölməsinə aparmaq cəhdləri davanı bir qədər də alovlandırıb. Sürücünü zərəsizləşdirməkçün əraziyə 7 Post Patrul Xidməti maşını cəlb edilib.

Bir saata yaxın davam edən dava prospektdə hərəkəti tam məhdudlaşdırıb.














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.