Sərxoş rus hərbçisi Gümrüdə aləmi qatdı - Düşmən ölkədə vəziyyət yenə qarışa bilər

20-07-2015, 13:11           
Sərxoş rus hərbçisi Gümrüdə aləmi qatdı - Düşmən ölkədə vəziyyət yenə qarışa bilər
Ermənistanın Gümrü şəhərində yerləşən 102-ci Rusiya hərbi bazasının hərbi qulluqçusu bu şəhərdə ciddi insident törədib.

Virtualaz.org saytı erməni KİV-lərinə istinadən xəbər verir ki, 27 yaşlı rus hərbçisi Aleksandr Qalateyev bərk sərxoş halda öz şəxsi “Mercedes”ində ağır qəza törədib. Gümrüdəki keçmiş süd fabrikinin yaxınlığında baş verən qəza zamanı üç maşın əzilib.

Ölən olmasa da rusiyalı hərbçi ağır yaralanıb. A.Qalateyev hospitala yerləşdirilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.