FaktXəbər-in verdiyi məlumata görə, bu gün səhər saat 7 radələrində Balakəndən Bakıya gələn 656-664/655-663 saylı Bakı-Köçərli-Balakən-Bakı sərnişin qatarı böyük bir faciənin astanasından dönüb. Hadisə zamanı qatarda olan sərnişin Pərviz Cəfərovun verdiyi xəbərə görə, qatar səhər saat 7 radələrində "Keşlə" stansiyası yaxınlığında relsdən çıxıb. Qatar aşma təhlükəsi iLə üzləşsə də, xoşbəxtlikdən bu baş verməyib.
Ehtimal olunur ki, hadisəyə səbəbmaşinistin sürət həddini aşması və ehtiyatsızlığı olub.