"Dojd" telekanalı ​səhvini düzəltdi - "Report"un müdaxiləsindən sonra

21-07-2015, 12:52           
"Dojd" telekanalı ​səhvini düzəltdi - "Report"un müdaxiləsindən sonra
Qondarma "Dağlıq Qarabağ Respublikası" saytda yerləşdirilən müstəqil ölkələr siyahısından çıxarılıb

Rusiyanın "Dojd" telekanalı "Report"un müdaxiləsindən sonra Azərbaycanın ərazi bütövlüyü ilə bağlı səhvini düzəltdi.

"Report" xəbər verir ki, Agentliyin telekanal rəhbərliyinə edilən müvafiq müraciətindən sonra qondarma "Dağlıq Qarabağ Respublikası" saytda yerləşdirilən müstəqil ölkələr siyahısından çıxarılıb.

Xatırladaq ki, bir neçə gün əvvəl "Report" Agentliyi telekanal saytının abunə bölümündə, yaşayış yerinin seçilməsi üçün tərtib olunan siyahıdakı dövlətlər arasında Azərbaycanın işğal olunan ərazilərində yaradılan və separatçı qurum olan qondarma "DQR" adlı "ölkənin" müstəqil dövlət kimi təqdim edilməsi ilə bağlı "Dojd" telekanalının rəhbərliyinə sorğu ilə müraciət etmişdi.














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.