Teleaparıcı FHN-i ayağa qaldırdı
21-07-2015, 17:42
Aparıcı Xədicə Sənanqızının başına iş gəlib.
Axşam.az-ın məlumatına görə, aparıcının evində termometr sınıb.
Dərhal Fövqəladə Hallar Nazirliyinə zəng edən X.Sənanqızı çətin anlar yaşadığını vurğulayıb:
"Sosial şəbəkədə bir status yazdım. Orada Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının köməyimizə çatdığını və bizi xilas etdiyini vurğulamışdım. Bu qədər səs-küy salacağını bilmədim. Hamı zəng edib, başıma nə iş gəldiyi ilə maraqlanır. Xəstələnmişdim, hərarətim var idi. Termometrlə ölçürdüm, sındı, civə evə dağıldı. Rəfiqəm Sevda (əməkdar artist Sevda Ələkbərzadə - red.) bizdə idi. Dedi ki, "dərhal 112-yə zəng et". Civənin həyat üçün bu qədər təhlükəli olduğundan xəbərsiz idim. Xilasedicilər gəlib evi təmizlədilər, civəni bir-bir yığdılar. Sən demə, onu heç zibil qutusuna da atmaq olmaz. Ətrafdakı insanlara da ziyan vura bilər. Hətta evi dərmanladılar və bir gün mənzildən uzaqlaşmağımızı istədilər. İnsanlar termometrlə bağlı məlumatlı deyil. Buradan hamıya demək istəyirəm ki, ehtiyatlı olsunlar. Civə insanı öldürməyə belə qadirdir".