Azərbaycan Dövlət Neft Şirkətinin Marketinq və iqtisadi əməliyyatlar idarəsindən “APA-Economics”ə verilən məlumata görə, London birjasında dünən keçirilmiş hərraclarda “AzeriLight” markalı neftin bir barelinin qiyməti 0,23% və ya 0,14 dollar azalaraq 58,54 dollar olub.