"Günay Bank"ın Müşahidə Şurasında və İdarə Heyətində ciddi dəyişikliklər olub - Bank sektorunda təlatüm davam edir
23-07-2015, 21:13
"Günay Bank" ASC-də ciddi kadr dəyişiklikləri baş verib.
"APA-Economics" xəbər verir ki, Xanım Məmmədova bankın Müşahidə Şurasından uzaqlaşdırılıb. Onun yerinə İlham Əmiraslanov gətirilib.
Qeyd edək ki, İ. Əmiraslanov bundan öncə "Günay Sığorta" şirkətinin İdarə Heyətinin sədri vəzifəsini tutub.
Bankın İdarə Heyətində də ciddi sayıla biləcək dəyişikliklər baş verib. Belə ki, İdarə Heyəti üzvlərinin sayı 5-dən 7-dək artırılıb.
İdarə Heyəti sədrinin müavini Vüqar Mirheydərov tutduğu vəzifədən uzaqlaşdırılıb.
Hazırda İdarə Heyətinə daha öncə olduğu kimi, Emin Ağayev rəhbərlik edir.
Onun I müavini Şakir Abdullayev, müavinləri Fəridə Ağayeva və Sabir Ağayev daha öncə tutduğu vəzifələrini qoruyub. İdarə Heyətinin yeni üzvləri isə Elşən Süleymanov, Azad Məmmədov və Azad İbadovdur.