Lənkəranda 22 yaşlı gənc qatarın altında qaldı - Yenilənib

22-09-2017, 08:26           
Lənkəranda 22 yaşlı gənc qatarın altında qaldı - Yenilənib
Lənkəranda qatarın vuraraq öldürdüyü şəxsin kimliyi məlum olub. Modern.az APA-ya istinadən xəbər verir ki, o, Lənkəran şəhər sakini 1995-ci il təvəllüdlü Tural Rıza oğlu Hüseynlidir. Məlumata görə, T.Hüseynli dəmir yol xəttini keçmək istəyərkən qulaqcıqdan istifadə edib. Hadisə zamanı Astara-Bakı marşrutu üzrə hərəkət edən qatar bir saatdan çox saxlanılıb. Hər iki maşinist müayinədən keçirilib. Faktla bağlı araşdırma davam etdirilir.

22:45

Lənkəranda dəmir yol xəttini keçmək istəyən kişini qatar vurub. Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə Lənkəranda sahil parkında qeydə alınıb. Hələlik kimliyi məlum olmayan kişi dəmir yol xəttini keçmək istəyərkən, onu qatar vurub.

Hadisə yerinə təcili yardım briqadası çağırılsa da, xəsarət alan şəxsi xilas etmək mümkün olmayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru