Şərəfsiz oğul atasını və anasını öldürüb - Gədəbəydə DƏHŞƏT
22-09-2017, 14:01
Gədəbəydə dəhşətli qətl törədilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sentyabrın 21-də Gədəbəy rayonunun Qurudərə kəndində yaşayan Şöhrət Məsimov evində ailə-məişət münaqişəsi zəminində atası Mikayılı və anası Aynanı bıçaqla qətlə yetirib hadisə yerini tərk edib.