Təmizləyici vasitənin reklamı dayandırıldı – Dahi bəstəkara hörmətsizlik

22-09-2017, 21:37           

“Domestos”un reklamı ilə bağlı deyilənlərə şirkət münasibət bildirib.

teref.az primetime.az-a istinadən xəbər verir ki, sirkət reklamda dahi bəstəkar Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” operasının musiqisindən istifadə etmədiyini bildirsə də, sözügedən reklam çarxının fəaliyyətini dayandırdığını deyib:

“Reklamda səsləndirilən mahnının bəstəsi və sözləri isə agentlik tərəfindən tamamilə sıfırdan yaradılıb. Lakin bəzi izləyicilər bu mahnının Azərbaycanın sənət nümunələrindən olan bir mahnıyla bənzərliyindən narahat olduqlarını bildiriblər. FCB Artgroup və Domestos izləyicilərin bu həssaslığını anlayır və buna hörmət edərək reklamın bu versiyasının yayımını dayandırdığını izləyicilərin nəzərinə çatdırır. Bütün məsuliyyəti FCB Artgroup üzərinə götürür və bu musiqinin Kəmalə Piriyevayla heç bir bağlantısı olmadığını, onun sadəcə şirkətin siması olduğunu hər kəsin nəzərə almasını istəyir. Xatırladaq ki, reklam yaxın günlər ərzində yeni musiqisiylə izləyicilərin baxışına təqdim olunacaq”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru