Bakının Nizami rayonunda döyülmə hadisəsi baş verib. "Report" xəbər verir ki, 1973-cü il təvəllüdlü Soltanova Rübabə Əkbər qızı 8-ci kilometr qəsəbəsi, 74 saylı qazanxananın yataqxanasında qardaşı ilə mübahisə edib. Mübahisə zamanı qadın döyülüb və o əlindən bıçaq xəsarəti alıb. Yaralı xəstəxanaya yerləşdirilib. Faktla bağlı Nizami Rayon Polis İdarəsinin 24-cü Polis bölməsinin əməkdaşları araşdırma aparır. Hazırda hadisəni törədən şəxs saxlanılıb.