Tovuzda yeni doğulan körpə öldü

23-09-2017, 09:50           

Tovuzda doğuş zamanı ölüm hadisəsi baş verib.

teref.az “Report”a istinadən xəbər verir ki, Ağstafa rayon sakini, 1999-cu il təvəllüdlü Zəlqələm Çingiz qızı İsmayılzadə Tovuz Rayon Mərkəzi Xəstəxansının Doğuş şöbəsinə aparılıb.

Doğuş zamanı dünyaya gələn qız uşağı ölüb. Bu, qadının ilk doğuşu olub.

Məlumata görə, qadının həyat yoldaşı hadisədən sonra əsəbiləşərək şöbənin bir neçə pəncərəsini sındırıb.

Hazırda baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru