Bakıda bankomatı partlatdılar - ŞOK

28-07-2015, 16:15           
Bakıda bankomatı partlatdılar - ŞOK
Abşeron rayonunda “Kapital Bank” ASC-yə məxsus bankomatdan oğurluğa cəhd olub.

Report xəbər verir ki, gecə saatlarında rayonun Saray qəsəbəsində naməlum şəxs və ya şəxslər ASC-nin bankomatını oradakı pulları götürmək məqsədilə sındırıblar.

Hadisə zamanı bankomatın monitorunda partlayış baş verib. Soyğunçuluq etmək istəyənlər ərazidən uzaqlaşıblar.

Faktla bağlı araşdırma aparılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.