"Ganjlik Mall"ın qarşısında mübahisə bıçaqlanma ilə nəticələnib
26-09-2017, 09:05
Bakının Nərimanov rayonu ərazisində bıçaqlanma olub. "Report" xəbər verir ki, 1996-ci il təvəllüdlü Əliyev Şamil Əhməd oğlu "Ganjlik Mall" ticarət mərkəzinin qarşısında tanışı ilə mübahisə edib. Nəticədə ona bir neçə bıçaq zərbəsi vurulub. Yaralı xəstəxanaya yerləşdirilib. Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.