Bakı dairəvi yolunda ağır qəza baş verib, ölən və yaralanan var

27-09-2017, 09:28           
Bakı dairəvi yolunda ağır qəza baş verib, ölən və yaralanan var
Bakı dairəvi yolunda iki maşınının toqquşması nəticəsində 1 nəfər ölüb, biri yaralanıb.
"Report" xəbər verir ki, hadisə magistral yolun Yasamal rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
"VAZ-2107" markalı avtomobil eyni istiqamətdə hərəkətdə olan Pirəliyev İsa Səfər oğlunun idarə etdiyi "Oka" markalı avtomobilin arxa hisəsinə çırpılıb. Nəticədə "Oka"nın sürücüsü İ.Pirəliyev hadisə yerində ölüb. Avtomobildə olan 36 yaşlı sərnişin Dadaşov Faiq Süleyman oğlu isə ağır xəsarət alaraq 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlər yaralının koma vəziyyətində olduğunu bildirirlər.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru