Qadın polisi aldatdı, işin üstü açıldı - Azərbaycanda
14-04-2015, 15:39
Salyan sakini evindən oğurluq edilməsi ilə bağlı polisə bilə-bilə yalan məlumat verib.
Axar.az Daxili İşlər Nazirliyini rəsmi saytına istinadən xəbər verir ki, aprelin 13-də Salyan sakini Aynur Məcidova aprelin 8-dən 13-dək olan müddətdə Biləcəri qəsəbəsindəki kirayədə yaşadığı evdən qapının qıfılını sındırmaq yolu ilə qızıl, geyim və məişət əşyalarının oğurlandığını bildirib.
Binəqədi RPİ 6-cı PB əməkdaşları tərəfindən aparılan araşdırma zamanı A.Məcidovanın evindən oğurluq hadisəsinin baş verməməsi və onun polisə bilə-bilə yalan məlumat verməsi müəyyən edilib.
Toplanmış material rayon prokurorluğuna göndəriləcək.