Bu gecə Bakıda qətl törədilib. Lent.az-ın məlumatına görə, Suraxanı rayonunda yerləşən çay evlərindən birində 1983-cüil təvəllüdlü Əsgərli Sabit Şəfi oğlu və onun qardaşı Orxan bıçaqlanıb. Hər iki şəxs "Azərsutikinti" xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq S.Əsgərlinin həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı cinayət işi açılıb. Cinayəti törədən şəxs və yaşəxslərin yaxalanması istiqamətində iş aparılır.