Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq rəisindən XƏBƏR VAR

29-07-2015, 21:25           
Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq rəisindən XƏBƏR VAR
İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov Milli Təhlükəsizlik Nazirliyinin (MTN) istintaq təcridxanasında saxlanılan Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq rəisi, “Azİmport” şirkətinin sahibi Rəşad Məmmədovla görüşəcək.

Bu barədə AzVision.az-a E.Behbudov özü məlumat verib.

O, görüşün yaxın günlərdə baş tutacağını deyib: “Səbail Rayon Məhkəməsində onun barəsində həbs-qətimkan tədbiri seçilib. Rəşad Məmmədov dövlət tərəfindən vəkillə təmin olunub və hazırda istintaq aparılır. Görüş zamanı onun səhhəti və saxlanma şəraiti ilə də maraqlanacağam”.

Qeyd edək ki, R.Məmmədov prezident İlham Əliyevin mayın 4-də imzaladığı sərəncamla vəzifəsindən azad olunub.

Keçmiş “bayraqdar”a qarşı Cinayət Məcəlləsinin 178 (dələduzluq) və 178.2.3-cü maddələri ilə ittiham irəli sürülüb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.